QURANEXLAQI.COM

Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə son dərəcə qüsurlu bir əxlaq anlayışı mövcuddur. İnsanın ruhundakı eqoist ehtiras və ehtirasların bir məhsulu olan bu əxlaq anlayışı insanları qürurlu, eqoist, məsxərəçi, həyasız, mərhəmətsiz, kobud və zalım olmağa yönəldir. Hər kəs şəxsi uğurunu təmin etmək üçün digər insanları əzməyin vacib olduğuna inanır və bunu əlinə düşən hər fürsətdə tətbiq edir.

Halbuki, Allah yaratdığı insana belə bir əxlaqı tövsiyə etməmişdir. Əksinə, Quranda insanlara kübar, təvazökar, etibarlı, şəfqətli, fədakar və səmimi olmaları əmr edilir. Allahın Haqq Kitabında insan əxlaqındakı bu incəliklərə diqqət çəkilir:  

İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir.

(Loğman surəsi, 18)

Müsəlmanın vəzifəsi şübhəsiz ki, Allahın vəhy etdiyi bu üstün əxlaqı ən incə məqamına qədər tətbiq etməkdir. Bu ilahi əxlaqı tərk etmiş və yuxarıda bəhs etdiyimiz qüsurlu əxlaq anlayışını mənimsəmiş azğın və primitiv mədəniyyətin təsirindən xilas olmaq üçün olduqca həssas və diqqətli olmaq lazımdır. Bu səbəbdən insan daim düşünməli və cahiliyyə əxlaqından uzaqlaşıb Quran əxlaqını mənimsəmək üçün böyük səy göstərməlidir.

Saytı mənbə göstərərək çoxalda və köçürə bilərsiniz.

www.adnanoktar.az